Bank Of Baku

Açıq Cəmiyyət Partiyası prezident seçkilərində iştirakla bağlı konkret fikrə gəlməyib

Açıq Cəmiyyət Partiyası prezident seçkilərində iştirakla bağlı konkret fikrə gəlməyib
# 14 dekabr 2007 08:37 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin dekabrın 15-də keçiriləcək iclasında prezident seçkilərində iştirak və namizəd irəli sürülməsi ilə bağlı məsələ müzakirə olunmayacaq. Bu barədə APA-ya partiya sədri Akif Şahbazov məlumat verib. O, ACP liderinin seçkilərdə iştirak edib-etməyəcəyi barədə konkret qənaətə gəlmədiklərini bildirib. İlk növbədə ölkədə demokratik seçki şəraitinin yaradılmasının tərəfdarı olan A. Şahbazov bu istiqamətdə müvafıiq addımları atacaqlarını deyib: “Amma partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın lideri eyni zamanda prezidentliyə namizəddir. Seçkiləri boykot məsələsi də ACP-də müzakirə edilmir və bəri başdan verəcəyimiz qərarla bağlı ehtimallar səsləndirmək istəmirəm”. A. Şahbazovun sözlərinə görə, seçkilərə hazırkı şəraitdə gedilsə, İlham Əliyevin yenidən prezident olacağı şübhəsizdir: “Seçkidə iştirakla bağlı indidən qərar qəbul edən partiya liderləri əvvəlki fəallıqlarını bərpa etmək və yaxud bu faktı tərcümeyi-hallarına salıb nə vaxtsa fəxrlə “prezidentliyə namizəd olmuşam” demək məqsədi güdürlər. Bizim liderimizin sosial bazasının ona səs vermək imkanı olacağı təqdirdə seçkilərdə iştirak edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR