Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının Rauf Qurbanovun rəhbərlik etdiyi qanadının qurultayı dekabrın 23-də keçiriləcək

Azərbaycan Kommunist Partiyasının Rauf Qurbanovun rəhbərlik etdiyi qanadının qurultayı dekabrın 23-də keçiriləcək
# 14 dekabr 2007 08:37 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) Rauf Qurbanovun rəhbərlik etdiyi qanadının qurultayı dekabrın 23-də keçiriləcək. AKP Təşkilat Komitəsinin (TK) sədri R. Qurbanovun APA-ya verdiyi məlumata görə, artıq partiyanın 36 rayon təşkilatının hesabat-seçki konfransı keçirilib və qurultaya 300-dən çox nümayəndə seçilib. Qurultayda TK-nin işinə xitam veriləcəyini deyən R. Qurbanov qeyd edib ki, AKP Mərkəzi Komitəsinin (MK) fəaliyyəti bərpa olunacaq: “Mərkəzi Komitəyə yeni üzvlər seçiləcək. Qurultayda partiyanın nizamnaməsinə və proqramına dəyişikliklər ediləcək, həmçinin təşkilati məsələlərə baxılacaq və AKP-nin yeni sədri seçiləcək”.
Qeyd edək ki, AKP sədri Ramiz Əhmədovun vəfatından sonra partiyada parçalanma baş verib. Hazırda parçalanmış qruplara Rüstəm Şahsuvarov və Rauf Qurbanov rəhbərlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR