Bank Of Baku

Azərbaycanın Hindistandakı səfirliyi Nyu-Dehlidə keçirilən beynəlxalq festivaldakı erməni yalanını ifşa edib

Azərbaycanın Hindistandakı səfirliyi Nyu-Dehlidə keçirilən beynəlxalq festivaldakı erməni yalanını ifşa edib
# 14 dekabr 2007 09:00 (UTC +04:00)
Azərbaycanın Hindistandakı səfirliyi Nyu-Dehlidə keçirilən XII Beynəlxalq Milli Fondlar Festivalının iştirakçılarını ermənilərin təqdim etdiyi ekspozisiyanın dezinformasiyadan ibarət olduğu haqda məlumatlandırıb. Azərbaycanın Hindistandakı səfirliyindən APA-ya bildiriblər ki, festivalda iştirak edən səfirlik əməkdaşları erməni provokasiyasını görən kimi, nümayiş olunan materialların həqiqəti əks etdirmədiyini təşkilatçıları və iştirakçıların nəzərinə çatdırıblar. Səfirlik məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də məlumat verib.
Qeyd edək ki, beynəlxalq festivalda erməni nümayəndə heyəti guya Azərbaycanda erməni milli-mədəni irsinin məhv olunduğuna dair məsələ qaldırıb və iştirakçılara bununla bağlı müxtəlif sənədlər paylayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR