Bank Of Baku

Los-Ancelesdə Azərbaycan, Türkiyə və ABŞ arasında strateji əməkdaşlığa həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA

Los-Ancelesdə Azərbaycan, Türkiyə və ABŞ arasında strateji əməkdaşlığa həsr olunmuş konfrans keçirilib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 14 dekabr 2007 10:03 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın Los-Ancelesdə baş konsulluğu və Azərbaycan-Türkiyə İş adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhərin azərbaycanlı, türk və yəhudi icmalarının, strateji araşdırmalar mərkəzlərinin və Los-Ancelesin diplomatik korpusunun nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Suleymanov, Türkiyənin bu şəhərdə baş konsulu Hakan Tekin və “Beverliy Hils” şəhərinin meri Cimmi Dilşad iştirakçıları salamlayıblar. Konsulluğun vitse-konsulu Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, tədbirdə çıxış edən yəhudi icmasının tanınmış üzvü Maykl Tuşin bildirib ki, dünyəvi müsəlman dövlətlər olan Azərbaycan və Türkiyənin inkişafı yalnız ABŞ yox, İsrail dövləti üçün də önəmlidir. Onun sözlərinə görə, bu iki dövlət öz siyasi, iqtisadi və xarici siyasətinə görə regionun digər müsəlman dövlətləri üçün nümunə ola bilər. Millət vəkilləri Asim Mollazadə və Səməd Seyidov isə öz çıxışlarında Azərbaycanın tarixən onlarla millət üçün vətən olduğunu və tolerantlığın ən yüksək səviyyədə təmin edildiyini deyiblər. Natiqlər rəsmi Bakının GUAM çərçivəsində gördüyü işlər barədə də danışıblar. Azərbaycan Türkiyə İş adamları Birliyinin rəhbəri Əhməd Erentok və siyasi şərhçi Qökhan Çapoğlu ermənilərin əsassız iddialarının regionun inkişafı üçün yaratdığı maneələrdən söhbət açıblar. Onların sözlərinə görə, ermənilərin qonşularına qarşı apardığı aqressiv işğalçı siyasəti dəyişməyəcəyi halda, bu ölkə ilə əməkdaşlıq qurulması mümkün olmayacaq. Əhməd Erentok analoji konfransların Los-Ancelesdə mütəmadi keçiriləcəyini bildirib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR