Bank Of Baku

Bir qrup ictimai təşkilatın Ukrayna meydanı və Bibiheybət stadionunda mitinq keçirmək istəyi ilə bağlı müraciət BŞİH-ə daxil olub

Bir qrup ictimai təşkilatın Ukrayna meydanı və Bibiheybət stadionunda mitinq keçirmək istəyi ilə bağlı müraciət BŞİH-ə daxil olub
# 14 dekabr 2007 11:03 (UTC +04:00)
Bir qrup ictimai təşkilatın dekabrın 22-də Ukrayna meydanında, bir gün sonra isə “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirmək istədiyi kütləvi aksiyalarla bağlı müraciətləri Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) daxil olub. Bu barədə APA-ya BŞİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, aksiya üçün göstərilən yerlərin hər ikisi şəhər rəhbərliyi tərəfindən kütləvi aksiyalar üçün müəyyənləşmiş yerlərdir. Z. Ramazanov hələlik müraciətlərə baxılmadığını vurğulayıb. O, qanunda nəzərdə tutulmuş müddətdə təşkilatçılara cavab veriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR