Bank Of Baku

AŞ PA-nın İnsan Hüquqları və Qanunvericilik Komitəsi Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması faktını tənqid edib

AŞ PA-nın İnsan Hüquqları və Qanunvericilik  Komitəsi Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması faktını tənqid edib
# 14 dekabr 2007 11:42 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Qanunvericilik Komitəsinin dünən keçirilən iclasında bəyannamə qəbul olunub. APA-nın məlumatına görə, bəyannamədə Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması faktı tənqid olunub. Sənəddə həmçinin jurnalistlər İlqar Nəsibov və Eynulla Fətullayevin peşə fəaliyyətinə görə həbs olunması faktı pislənib və Azərbaycana dəfələrlə diffamasiyaya görə cinayət məsuliyyətinin nəzərdə tutan maddəni Cinayət Məcəlləsindən çıxarmağın tövsiyə edildiyi xatırladılıb. Bəyannamədə qeyd olunur ki, bu maddənin Cinayət Məcəlləsindən çıxarılmaması mediaya qarşı senzura tətbiqi və demokratik debatların əngəllənməsi kimi dəyərləndirilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR