Bank Of Baku

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan partiyaları üçün keçirdiyi təlimlər başa çatıb

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan partiyaları üçün keçirdiyi təlimlər başa çatıb
# 14 dekabr 2007 11:44 (UTC +04:00)
ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda fəaliyyət göstərən 5 partiyanın seçki məsələlərinə rəhbərlik edən şəxsləri üçün Polşada keçirdiyi təlimlər başa çatıb. Bu barədə APA-ya təlimdə Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən millət vəkili Siyavuş Novruzov Polşanın paytaxtı Varşavadan məlumat verib. Onun sözlərinə görə, 6 gün davam edən təlimlər zamanı seçkiöncəsi siyasi partiyaların həyata keçirməli olduqları tədbirlərlə bağlı müasir texnologiyalar partiya funksionerlərinə izah edilib. Partiya təmsilçiləri Azərbaycana dekabrın 17-də qayıdacaqlar.
Qeyd edək ki, təlimdə YAP-dan Siyavuş Novruzov və Mübariz Qurbanlı, Müsavat Partiyasından Arif Hacılı və Gülağa Aslanlı, AXCP-dən Qulamhüseyn Əlibəyli və Şahin Həsənli, ADP-dən Sərdar Cəlaloğlu və Həsrət Rüstəmov, Ümid Partiyasından isə Fuad Qocayev və Rafael Tağızadə iştirak ediblər. Təlimlər dekabrın 9-dan başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR