Bank Of Baku

Pənah Hüseyn: “Milli Məclisdə yeni deputat qrupu yaradılması ilə bağlı danışıqlar aparırıq”

Pənah Hüseyn: “Milli Məclisdə yeni deputat qrupu yaradılması ilə bağlı danışıqlar aparırıq”
# 14 dekabr 2007 13:33 (UTC +04:00)
Azərbaycan Milli Məclisində yeni deputat qrupunun yaradılması üçün danışıqlar aparılır. Millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, burada söhbət müxtəlif problemlər ətrafında deputat qrupunun yaradılmasından gedir. Bu istiqamətində iş aparıldığını deyən millət vəkili prosesin hələlik yekunlaşmadığını vurğulayıb: “Bir neçə deputatla bu barədə söhbət aparılsa da, hələlik konkret nəticə yoxdur. Hazırda yalnız “Müsavat” deputat qrupu aktiv fəaliyyət göstərir ki, o da rəsmi şəkildə qeydiyyatdan keçməyib”. P. Hüseynin sözlərinə görə, yeni deputat qrupu Dağlıq Qarabağ problemi, parlamentin demokratikləşməsi, iqtisadi-sosial problemlərlə bağlı yaradıla bilər: “Bizim arzumuz daha geniş, ümumi şəkildə özünü müxalifətdə hesab edən deputatların qrupunun yaradılmasıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR