Bank Of Baku

Araz Əzimov: “Ermənistan GUAM-ın BMT-də irəli sürdüyü təşəbbüsdən təşvişə düşüb”

Araz Əzimov: “Ermənistan GUAM-ın BMT-də irəli sürdüyü təşəbbüsdən təşvişə düşüb”
# 14 dekabr 2007 14:12 (UTC +04:00)
“Ermənistan GUAM-ın BMT-də irəli sürdüyü təşəbbüsdən təşvişə düşüb və təklifin qarşısını almaq üçün müraciətlər yaymaqla məşğuldur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, erməni tərəfi yaydığı müraciətlərdə müxtəlif yalanlara yer verib: “Məsələn, qeyd ediblər ki, guya GUAM Dağlıq Qarabağ münaqişəsinin həllini BMT müstəvisinə keçirmək istəyir. Əslində GUAM ATƏT tərəfindən həyata keçirilən vasitəçilik səylərini dəstəkləyir və heç bir formatın dəyişməsinə əsas yaratmaq niyyətində deyil. Sadəcə olaraq, GUAM ölkələri öz ərazilərində davam edən münaqişələrin həlli üçün birgə mövqedən çıxış etmək qərarına gəliblər. Münaqişələr arasında fərqli xüsusiyyətlər də ola bilər, lakin oxşarlıqlar daha çoxdur. Bu oxşarlıqları, həmçinin beynəlxalq hüququn prinsipləri və normalarını nəzərə alaraq GUAM ölkələri birgə mövqe müəyyənləşdirib həyata keçirməyə çalışır”. A. Əzimovun fikrincə, məsələlərə BMT çərçivəsində baxılması münaqişələrin həllini ləngidən və problemlərin beynəlxalq normalar əsasında həllinə mane olan ölkələrə mesaj kimi qiymətləndirilməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR