Bank Of Baku

123 saylı Kəlbəcər DSK-nın yeni binasının açılış mərasimi keçirilib

123 saylı Kəlbəcər DSK-nın yeni binasının açılış mərasimi keçirilib
# 14 dekabr 2007 14:18 (UTC +04:00)
Gəncənin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayon 123 saylı Dairə Seçki Komissiyasının yeni binasının açılış mərasimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Vidadi Məhərrəmov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər. Qeyd edək ki, 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının 59 seçki məntəqəsi var, bu dairə üzrə ümumilikdə 39910 seçici qeydiyyatdadır. Açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Məzahir Pənahov respublika üzrə mövcud olan 125 dairə seçki komissiyasından 100-ə yaxınının xüsusi təmirli binalarda yerləşdiyini bildirib. Hazırda digər 25 dairə seçki komissiyasının binasında əsaslı təmir işləri aparılır. Təmir işləri yaxın zamanlarda başa çatdırılacaq. Qeyd edək ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlər respublikanın 56 rayonunda 707 yaşayış məntəqəsində məskunlaşıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR