Bank Of Baku

Andres Herkel: “Venesiya Komissiyasının Azərbaycan hökumətinin təkliflərini dəyərləndirməsi gələn ilin fevralına qədər uzana bilər”

Andres Herkel: “Venesiya Komissiyasının Azərbaycan hökumətinin təkliflərini dəyərləndirməsi gələn ilin fevralına qədər uzana bilər”
# 14 dekabr 2007 16:17 (UTC +04:00)
Görüşdə həmçinin, Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı müzakirələr də aparılıb: “Mən Venesiya Komissiyasının bu işlə birbaşa məşğul olan əməkdaşları ilə görüşdüm. Biz Azərbaycanda sərbəst toplaşmaq azadlığını tənzimləyən qanun ətrafında müzakirələr apardıq. Azərbaycan tərəfinin bununla bağlı təklifləri Venesiya Komissiyasına yeni daxil olub, bu səbəbdən onlar hələlik sənədlə heç tanış da olmayıblar. Məncə, Venesiya Komissiyasının bu təklifləri dəyərləndirməsi 2008-ci ilin fevralınadək uzanacaq”. Herkel qeyd olunan qanuna əlavə və dəyişikliklərin 2008-ci ilin əvvəllərində edilməsini vacib saydığını deyib: “Əks təqdirdə gec olacaq. Qanunvericilikdə dəyişiklər olmasa, seçkilər öncəsi vəziyyətlə haqqında optimist düşünmək mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR