Bank Of Baku

Azərbaycanın Rus İcması Dövlət Dumasına və yeni seçiləcək prezidentə təkliflər hazırlayır

Azərbaycanın Rus İcması Dövlət Dumasına və yeni seçiləcək prezidentə təkliflər hazırlayır
# 15 dekabr 2007 09:29 (UTC +04:00)
Azərbaycanın rus icması Rusiyanın “Soydaşlar haqqında” qanununa və “Xaricdə yaşayan soydaşlara yardım” dövlət proqramına dəyişikliklər edilməsini təklif edir. Bunu APA-ya Azərbaycanın Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelin deyib. İcra rəhbəri bildirib ki, Rusiyanın “Soydaşlar haqqında” qanunu onları qane etmir: “Hazırkı qanuna görə, istənilən şəxs Rusiyanı və onun mədəniyyətini sevdiyini, rus dilini bildiyini söyləyirsə, o, soydaş hesab olunur. Amma bu, yanlış yanaşmadı. Biz Dövlət Duması və Rusiya XİN-nə təklif hazırlayırıq. Həmin təkliflərdə göstərilir ki, soydaş deyiləndə xaricdə yaşayan Rusiya vətəndaşları, ruslar və Rusiya ərazisində dövlət ərazi vahidi olan millətlərin nümayəndələri , məsələn çukçalar, tatarlar, ləzgilər, osetinlər, tatarlar və s. nəzərdə tutulmalıdır”.
Azərbaycanın Rus İcması Rusiyanın yeni seçiləcək prezidentindən “Xaricdə yaşayan soydaşlara dəstək” dövlət proqramının yenidən hazırlanmasını gözləyir. M. Zabelin hesab edib ki, bu proqramda rusların yaşadığı ölkələrin hər birinin xüsusiyyətləri və oradakı rusların sayı nəzərə alınmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR