Bank Of Baku

Venesiya Komissiyasının 73-cü plenar iclasında Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla bağlı müzakirə keçirilib

Venesiya Komissiyasının 73-cü plenar iclasında Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla bağlı müzakirə keçirilib
# 15 dekabr 2007 12:08 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələrdə Azərbaycanın “Sərbəst toplaşma azadlığı” haqqında qanunu təhlil edilib, qanunla bağlı Azərbaycan nümayəndə heyəti ilə Venesiya Komissiyasının ekspertləri arasında fikir mübadiləsi aparılıb. Venesiya Komissiyasının ekspertləri və hüquqşünasları Azərbaycan Prezident Aparatının “Sərbəst toplaşma azadlığı” ilə bağlı son 20 səhifəlik təkliflərini müsbət qarşılayıblar. Komissiyanın mütəxəssisləri bu təklifləri proqressiv adlandırıblar və demək olar ki, Vernesiya Komissiyasının bu qanunla bağlı rəyləri ilə üst-üstə düşdüyünü bildiriblər. Onlar yeni təkliflərə heç bir dəyişiklik etmədiklərini söyləyiblər. Komissiya üzvlərinin razılaşmadığı məqam isə qanunun 9-cü maddəsi ilə bağlı olub.
Venesiya Komissiyasının nümayəndələrinin fikrincə, yerli icra hakimiyyəti orqanları kütləvi tədbirlərin keçiriləcəyi yerlərin konkret siyahısını təqdim etməlidirlər. Eyni zamanda bu qanun mütəmadi olaraq, “küçədə peşə fəaliyyəti göstərən insanlara” (məsələn, qəzet satıcıları) tətbiq olunmamalıdır. Komissiya Azərbaycan tərəfinə təkliflərin Milli Məclisdə göndərilməsini təklif edib. Azərbaycan tərəfi isə VK-nın növbəti dəfə təklif etdiyi dəyişikliklərlə bağlı hələlik cavab verməyib.
Qeyd edək ki, Venesiya Komissiyasının iclasında Azərbaycanı Prezidentin İcra Aparatının hüquq şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR