Bank Of Baku

YAP Xaçmazda zona müşavirəsi keçirib

YAP Xaçmazda zona müşavirəsi keçirib
# 15 dekabr 2007 13:11 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası Xaçmaz rayonunda zona müşavirəsi keçirib. APA-nın şimal bürosunun məlumatına görə, tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra yeni istifadəyə verilmiş Z. Əliyeva adına 8 saylı orta məktəbə, məscid, maliyyə şöbəsinin binası və digər tikililərə baş çəkiblər. Müşavirəyə partiyanın icraçı katibi Əli Əhmədov, millət vəkilləri Eldar İbrahimov, Yevda Abramov, rayon təşkilatlarının rəhbərləri və fəalları qatılıblar. Ə. Əhmədov YAP-ın 15 illik fəaliyyətindən, görülən işlərdən, aparılan islahatlardan danışıb. Eyni zamanda qarşıdakı prezident seçkilərində yerli strukturların qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Zona rayonlarının partiya sədrləri isə hesabat xarakterli çıxışlar ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR