Bank Of Baku

Gələn il Azərbaycan prezidentinin Xorvatiyaya rəsmi səfəri gözlənilir

Gələn il Azərbaycan prezidentinin Xorvatiyaya rəsmi səfəri gözlənilir
# 17 dekabr 2007 08:35 (UTC +04:00)
2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri gözlənilir. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, xorvat tərəfi Azərbaycandan səfərin tarixi ilə bağlı dəqiqləşmə gözləyir. Səfər zamanı diplomatik və xidməti pasportların vizadan azad olunması, ikitərəfli iqtisadi əməkdaşlıq, ikili vergiqoymanın ləğvi ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR