Georgi Jvaniya: “Əminliklə deyə bilərəm ki, qardaşım Zurab Jvaniya öldürülüb” EKSKLÜZİV
- Hazırda Gürcüstan tarixində çox ağır bir dövrdür. Bu dövrdə hər bir şəxs siyasi aktivlik göstərməlidir. Biz indiyə qədər getdiyimiz yolun demokratiyaya, milli və Avropa dəyərlərinə söykəndiyini, Qərbə inteqrasiya yolunu tutduğumuzu düşünürdük. Lakin hakimiyyətdəki şəxslərin verdikləri vədlərin yalan olduğu üzrə çıxdı. Son aylar baş verən hadisələr onların maskalarını cırıb atdı. Mən ümumiyyətlə, siyasətdən uzaq insanam. Heç bir partiyanın üzvü olmamışam. Hətta qardaşım sağ olanda belə siyasi cəhətdən aktivlik göstərməmişəm. Lakin son dövrlər baş verən hadisələr məni fəallaşmağa vadar etdi. Məncə, Patarkasişvili öz xalqı üçün çox şeylər edə bilər. O, yalnız maddi cəhətdən deyil, eyni zamanda intellektual baxımdan da yüksək səviyyəli bir şəxsiyyətdir. Patarkasişvilinin malik olduğu əlaqələr Gürcüstan üçün çox vacibdir. Badri Gürcüstanda söz azadlığının mövcudluğu üçün çox çalışdı, sahibi olduğu “İmedi” telekanalı da bu yolda addımlayırdı. Lakin hakim elita onun belə cəhdlərinin qarşısını almağa çalışırdı və bir müddət buna nail ola bildi. Ancaq şükürlər olsun ki, xalqın tələbi ilə “İmedi”nin fəaliyyəti bərpa olundu. “İmedi”nin yayımının qarşısını almaq üçün Badriyə külli miqdarda vəsait təklif olunsa da, o, əqidəsinə və prinsiplərinə sadiq qaldı.
- Bu gün müxalifətin əsas məqsədi ilk növbədə mövcud iqtidardan yaxa qurtarmaqdır. Bu baxımdan bütün qüvvələrin bir cəbhədə birləşməsi daha məqbul olmazdımı?
- Hazırda müxalifətdən olan müxtəlif qruplaşmalarla danışıqlar gedir. Bizim belə bir niyyətimiz var ki, bu birləşmə baş tutsun və seçkilərdə bütün müxalifəti yeganə namizəd təmsil etsin. İlk növbədə, bütün qüvvələrin bir nəfərin ətrafında birləşməsi lazımdır. Bu birləşmənin baş tutub-tutmayacağını indidən demək çox çətindir.
- Bu yaxınlarda parlamentdə Badri Patarkasişvilinin digər namizəd Levan Qaçeçiladzenin seçki kampaniyasını maliyyələşdirdiyi barədə fikirlər səsləndi...
- Bu belə deyil, Badri Patarkasişvili Levan Qaçeçiladzeyə heç bir maddi yardım göstərməyib. Badri demişdi ki, müxalifəti maliyyələşdirəcək, Qaçeçiladzeni yox...
- Seçkilərə çox az qalsa da, Badri Patarkasişvilinin seçki kampaniyası nədənsə çox zəif gedir...
- Vaxt az olsa da, Patarkasişvili seçicilərinin qarşısına çox ciddi hazırlanmış seçki platforması ilə çıxmaq istəyir. Hazırda seçki platformasının hazırlanması sonuncu mərhələdədir. Bundan sonra biz daha aktiv seçki kampaniyası aparacağıq. Fikrimcə, Patarkasişvilinin qalib gəlmək şansı çox yüksəkdir. Çünki o, xalqa başqa namizədlərin edə bilməyəcəyi təkliflər edəcək. Bu gün keçirilən sorğularda Mixail Saakaşvili və Levan Qaçeçiladze reytinqinə görə Badrini qabaqlayır. Amma biz hələ xalqa real heç nə təklif etməmişik. Başqa namizədlər isə maksimum təkliflərlə çıxış ediblər.
- Patarkasişvilinin seçki platformasında milli azlıqların hüquqlarının qorunacağı barədə fikirlər yer alıb. Burada söhbət həm də Gürcüstanda yaşayan azərbaycanlılardan, yarım milyon səsdən gedir...
- Fikrimcə, vətəndaşları milliyyətinə və dininə görə bölmək düzgün deyil. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik. Bu gün onların gürcü dili ilə bağlı çox böyük problemləri var. Saakaşvili milli azlıqlar üçün vədlər versə də, onların hamısı söz olaraq qaldı. Biz isə vədlərimizi əməllərimizlə yerinə yetirəcəyik.
- Patarkasişvilinin Gürcüstana qayıtması nə vaxt baş tutacaq?
- Bu, hazırda çox təhlükəli addımdır. Patarkasişvilinin şəxsən özü Gürcüstana qayıtmaqda israrlıdır. Qanunvericiliyə görə, onun heç bir problemi yoxdur, prezidentliyə namizəd kimi toxunulmazlıq hüququna malikdir. Amma Badri Patarkatsşvilinin vətənə dönməsi üçün hakim dairə qarantiya verməlidir, əks təqdirdə istənilən provokasiyanı gözləmək olar. Son hadisələr də göstərir ki, iqtidar Patarkasişvilidən qorxur. Hakimiyyətdəkilər bir nömrəli rəqiblərinin Badri Patarkasişvili olduğunu gizlətmir.
- Qardaşınız Zurab Jvaniyanın müəmmalı ölümü ilə bağlı aparılan araşdırmalar nə yerdədir?
- Formal olaraq araşdırma davam edir, lakin heç bir aktiv hərəkət yoxdur. Hakim partiya qardaşımın ölümündən sonra məhz qanunvericilikdə etdiyi dəyişikliklə bu prosesin sonsuza qədər uzadılmasına nail oldu. Nə qədər hakimiyyət dəyişməyib, bu təhqiqat ölü nöqtədən tərpənməyəcək. İndiki hakimiyyət olmasaydı, bu işin üstü çoxdan açılmışdı.
- Belə çıxır ki, qardaşınızın ölümündə əsas rolu hakimiyyətin oynadığını iddia edirsiniz?
- Əminliklə deyə bilərəm ki, qardaşım təsadüfən ölmədi, öldürüldü. Bu qətlin arxasında şəxsən kimin durduğunu isə araşdırma göstərəcək. İrakli Okruaşvilinin bəyanatından sonra bu hadisə ilə bağlı onunla görüşmək istədim, amma həbs olunduğuna görə görüşümüz baş tutmadı. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Rusiya XİN rəhbəri ABŞ-ın dövlət katibi ilə görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib