Bank Of Baku

KXCP Ali Məclisinin sessiyası keçirilib

KXCP Ali Məclisinin sessiyası keçirilib
# 17 dekabr 2007 10:51 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sessiyası keçirilib. KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiya sədri Mirmahmud Mirəlioğlunun ölkədəki ictimai-siyasi durum haqda məruzəsi dinlənilib. Sessiyada həmçinin KXCP-nin 2008-ci il üçün fəaliyyət istiqamətləri və prezident seçkiləri ilə əlaqədar proqramına baxılıb, bu haqda müvafiq sənədlər qəbul edilib. Partiya 2008-ci il prezident seçkilərində iştirakı əsas götürərək, müttəfiqlərlə birgə görülən işlərin gücləndirilməsi, Mərkəzi Seçki Qərargahının yaradılması, təşkilatın rayon və şəhər şöbələrində ərazi seçki qərargahlarının fəaliyyətinin gücləndirilməsi haqqında da qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR