Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti Britaniya şahzadəsi Endrü ilə görüşüb

Milli Məclisin nümayəndə heyəti Britaniya şahzadəsi Endrü ilə görüşüb
# 17 dekabr 2007 11:17 (UTC +04:00)
F. Muradovun sözlərinə görə, görüşlərdə Azərbaycan-Britaniya əlaqələri, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin cəmiyyətdəki rolu və digər məsələlər müzakirə edilib. Nümayəndə heyəti həmçinin Londonda yerləşən “Azərbaycan Evi” mədəniyyət mərkəzində bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçiriblər. Görüşdə millət vəkilləri Azərbaycanın indiki durumu, problemlər və problemlərdən çıxış yolları barədə danışıblar. Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun həmsədri Simuzər Baloğlanova tədbirdə Böyük Britaniyanın turizm şirkəti olan “Sunvil Travel”in Dağlıq Qarabağa turist səfərləri təşkil etməsinin təşkilat üzvləri tərəfindən aşkar olunmasını xatırladıb və şirkətin bu addımını tənqid edib. Deputatlar Londondakı Madam Tüsso muzeyində Heydər Əliyevin mum heykəlinin açılış mərasimində də iştirak ediblər. Qeyd edək ki, millət vəkili Çingiz Əsədullayevin rəhbərlik etdiyi nümayəndə heyətinə Nizami İsgəndərov, Nizami Xudiyev, Mirkazım Kazımov, Ülvi Quliyev, Rövşən Rzayev, Siyavuş Novruzov, İlyas İsmayılov, Nəsib Nəsibli, İkram İsrafil, Rəfael Cəbrayılov və Valeh Ələsgərov daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR