Bank Of Baku

Xəzər İbrahim: “Dövlət səviyyəsində Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşünü təşkil etmək səmərəli olmaz”

Xəzər İbrahim: “Dövlət səviyyəsində Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşünü təşkil etmək səmərəli olmaz”
# 17 dekabr 2007 11:28 (UTC +04:00)
“Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin keçirdikləri görüşlər məlumat mübadiləsi baxımından daha effektiv olar, nəinki dövlət səviyyəsində keçiriləcək analoji tədbirlər”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanda keçirilən “Azərbaycan həftəsi”nə bənzər tədbirlərin dövlət səviyyəsində də təşkili imkanlarına münasibət bildirərkən deyib. O bildirib ki, hazırda dövlət səviyyəsində belə bir tədbir keçirməyə ehtiyac yoxdur: “Ermənistanın rəsmi qurumları çox vaxt dezinformasiya yayırlar və ona görə də dövlət səviyyəsində keçiriləcək belə tədbirin səmərəliliyi yüksək olmaya bilər”. X. İbrahim əlavə edib ki, Azərbaycan qarşı tərəfin ictimaiyyəti ilə dialoqa hər zaman açıqdır.
Qarabağ Azadlıq Təşkilatı isə Ermənistanda “Azərbaycan həftəsi”nin təşkilini Azərbaycan xalqının növbəti dəfə təhqir olunması kimi qiymətləndirib: “Erməni sifarişlərini yerinə yetirən, ermənipərəst fondlar vasitəsilə maliyyələşən şəxslər və qurumlar Azərbaycanın milli maraqlarına xəyanət edirlər. Ermənistan torpaqlarımızı işğal edib və Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında təcavüzkar, düşmən dövlət kimi tanınıb. Təcavüzkar və düşmən dövlətin paytaxtına səfər edərək erməni siyasətinə xidmət göstərən şəxslər Azərbaycan qanunlarını pozublar, ona görə də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, hüquq-mühafizə orqanları təcili araşdırmalar aparmalı və tədbirlər görməlidir: “Əks halda, biz bu xəyanətkar hərəkətlərin qarşısını almaq üçün öz imkanlarımız daxilində qəti addımlar atacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR