Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan prezident respublikası olduğu üçün danışıqlar prosesi haqqında məlumat parlamentə yox, dövlət başçısına məruzə edilir”

Xəzər İbrahim: “Azərbaycan prezident respublikası olduğu üçün danışıqlar prosesi haqqında məlumat parlamentə yox, dövlət başçısına məruzə edilir”
# 17 dekabr 2007 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Madrid təkliflərinin parlamentdə müzakirə olunub-olunmayacağına dair sualı cavablandıraraq deyib. O, danışıqlar prosesi haqqında nazir Elmar Məmmədyarovun fikirlərini xatırladaraq qeyd edib ki, əgər münaqişənin nizamlanması üzrə əsas prinsiplər haqqında razılıq əldə olunarsa, bu prinsiplər ictimaiyyətə açıqlanacaq: “Hələlik bütün prinsiplər üzrə razılıq əldə olunmadığı üçün danışıqların mahiyyəti məxfi saxlanılır. Azərbaycan parlamentində müzakirələrin aparılması isə ictimaiyyətin məlumatlandırılmasının bir hissəsi ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR