Bank Of Baku

Xəzər İbrahim: “Dağlıq Qarabağda PKK terrorçularının yerləşdirildiyi təsdiqlənsə, Azərbaycan müvafiq addımlar ata bilər”

Xəzər İbrahim: “Dağlıq Qarabağda PKK terrorçularının yerləşdirildiyi təsdiqlənsə,  Azərbaycan müvafiq addımlar ata bilər”
# 17 dekabr 2007 12:28 (UTC +04:00)
“Dağlıq Qarabağda PKK terrorçularının yerləşdirildiyi təsdiqlənərsə, Azərbaycan müvafiq addımlar ata bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. PKK terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirildiyi barədə Türkiyə mediasında yayılan xəbərlərə münasibət bildirən X. İbrahim bu informasiyaların təsdiqlənəcəyinə ciddi şübhə olmadığını söyləyib: “Çünki Azərbaycan öz ərazisinin bir hissəsinə nəzarət etmir. Həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini, bu ölkənin terrorçuluq praktikasının olduğunu və bu terrorçuluğun Azərbaycana, Türkiyəyə və başqa dövlətlərə qarşı yönəldiyini nəzərə alsaq, orada müxtəlif terrorçu qrupların mövcudluğu mümkündür”. X. İbrahim bəyan edib ki, bu faktların təsdiqlənməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək vacib deyil, dövlətin özünün də məsələni araşdıracaq müxtəlif strukturları var: “Bu sahədə qonşu ölkələrlə əməkdaşlıq da mümkündür. Sonra beynəlxalq təşkilatlarla iş aparıla bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR