Bank Of Baku

MSK şimal-qərb bölgəsində seçki komissiyalarının sədrləri üçün kurslar keçirir

MSK şimal-qərb bölgəsində seçki komissiyalarının sədrləri üçün kurslar keçirir
# 17 dekabr 2007 12:43 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) şimal-qərb bölgəsində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirir. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, prezidentin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilib. Üç gün davam edən tədbirə rayon məhkəməsinin sədri Elçin Hüseynov, MSK nümayəndələri Qabil Orucov və Natiq Abbasov qatılıb. 110 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Fikrət Mustafayev bildirib ki, seminarın keçirilməsində məqsəd qarşıdan gələn prezident seçkiləri ərəfəsində komissiya sədrləri arasında maarifləndirmə işi aparmaqdan ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR