Bank Of Baku

Parisdə Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlərlə müsahibə keçirilir

Parisdə Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlərlə müsahibə keçirilir
# 17 dekabr 2007 13:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, AŞ PA-nın İnsan haqları üzrə Avropa Məhkəməsinə Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində keçirilən müsahibədə Azərbaycandan olan hər üç namizəd - Xanlar Hacıyev, Rəşad Həsənov, Aygün Abdullayeva iştirak edir. Azərbaycan hakimiyyətinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-ya bildirib ki, müsahibənin bu gün axşam saatlarında başa çatması gözlənilir. Bundan sonra isə hər üç namizədin adı AŞ PA-ya təqdim olunacaq. Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təmsil edəcək hakim AŞ PA-nın yanvar sessiyasının gedişində müəyyənləşəcək. Müzakirələrdə Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Gültəkin Hacıyeva da iştirak edir.
Qeyd edək ki, bir müddət əvvəl AŞ PA Bürosu Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər siyahısının geri qaytarılması barədə qərar qəbul edib. Həmin qərarda Azərbaycandan olan namizədlərin bərabər imkanları prinsipinin pozulduğu qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR