Bank Of Baku

Arzu Abdullayeva: “Leyla Yunus məni həbs etdirməyə çalışırdı”

Arzu Abdullayeva: “Leyla Yunus məni həbs etdirməyə çalışırdı”
# 17 dekabr 2007 13:38 (UTC +04:00)
“Leyla Yunus mənə o qədər pisliklər edib ki, saymaqla qurtarmaz. Bunların hamısına susmuşam, bu adam hamını bizim üstümüzə qızışdrır”. Bu açıqlamanı APA-ya Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva verib. Onun sözlərinə görə, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus etdiyi çıxışlarla əksər hallarda öz şəxsi mənafeyini güdür. “Leyla Yunus yalan məlumatlar yaymaqla məşğuldur. Bu şəxs barədə uzun müddət danışmamışam, amma artıq onun əməllərindən məyus olmuşam. Leyla səmimi deyil, mən artıq ona inanmıram”. L. Yunusun paxıl adam olduğunu qeyd edən A. Abdullayevanın fikrincə, həmkarı haradansa tapşırıq alır, digər hüquq müdafiəçilərinin işini daima şübhə altına alır, onlara qarşı çıxış edir: “İnsan hüquqları ilə bağlı işçi qrupu yarananda cəhd göstərdi ki, ora üzv olsun. Amma buna nail olmayanda əks mövqeyə keçdi. Bu, nə qədər təmiz mövqedir?! Düşmən bunu bacarıb edə bilmir, amma onun kimi adamların vasitəsi ilə həyata keçirir”. A. Abdullayeva Hüquqşünaslar Forumu yaranarkən L. Yunusun qurum üzvləri arasında nifaq salmağa çalışdığını, Məşvərət Şurası yaradılanda onları pisləməyə başladığını qeyd edib. O, L. Yunusla arasındakı münaqişənin 15 illik tarixi olduğunu qeyd edib: “AXC hakimiyyəti dövründə Leyla Yunus Müdafiə Nazirliyinin İnformasiya İdarəsinin rəhbəri olanda məni həbs etdirməyə çalışırdı. O zaman Böyük Britaniyadan olan nümayəndə Piter Çarmanla birgə Füzuli ərazisində əsirlərin dəyişməsini və həmçinin burada erməni icması ilə Azərbaycan icmasının görüşünü təşkil etməli idik. Həmçinin Çarman Ermənistandan keçərək Qarabağa getmək istəyirdi, amma biz təklif etmişdik ki, o, həmin əraziyə Azərbaycandan getsin. Leyla ilə danışdıq və o, heç bir problem olmayacağını dedi. Amma biz ora çatanda hərbi hissə komandiri, polkovnik Piriyev bildirdi ki, Leyladan əmr gəlib ki, bizi həbs etsinlər. O, bizi maşına əyləşdirdi və üstümüzə silahlı əsgər qoyaraq Bakıya göndərdi. Həmin vaxt Rəhim Qazıyev Moskvada idi və onunla əlaqə qurduq. Bildirdi ki, Arzunun həbsi ilə bağlı əmrə Leylanın təkidi ilə qol çəkib. Mən inanmırdım ki, dostum olan Leyla Yunusova belə bir provkasiya təşkil edə bilər”.
L. Yunus isə A. Abdullayevanın ittihamlarına münasibət bildirmək istəmədiyini deyib: “Mən ona cansağlığı arzulayıram, özünə fikir versin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR