Bank Of Baku

Arif Hacılı: “Seçki komissiyalarının formalaşması qaydası bizim üçün prinsipial məsələdir”

Arif Hacılı: “Seçki komissiyalarının formalaşması qaydası bizim üçün prinsipial məsələdir”
# 17 dekabr 2007 13:40 (UTC +04:00)
“Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində prosesin getməsini müsbət qiymətləndirirəm. Əgər hakimiyyət seçki komissiyalarının formalaşması ilə bağlı Venesiya Komissiyası və müxalifətlə müzakirələrə başlasa, proses iddiaçı tərəflərin etimad göstərdiyi komissiyaların yaradılması ilə başa çatar”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, hökumətin Venesiya Komissiyasına göndərdiyi layihədə seçki komissiyalarının paritet əsaslarla təşkilinin nəzərdə tutulmaması onu göstərir ki, hakimiyyət seçki komissiyalarını öz nəzarətində saxlamağa çalışır: “Bizim üçün prinsipial məsələ seçki komissiyalarının formalaşması qaydasıdır. Biz komissiyaların tərəflərin pariteti əsasında formalaşması təklifini irəli sürmüşük. Bu təklif bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası tərəfindən müsbət qarşılanıb. Hesab edirik ki, Avropa Şurası komissiyalarla bağlı prinsipial mövqe tutacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov isə hakimiyyətin qanuna yalnız texniki xarakterli dəyişiklik etmək fikrində olduğunu söyləyib: “Hakimiyyət nümayəndələri dəfələrlə bunu dilə gətiriblər. Amma Venesiya Komissiyası hansı addımı atacaq, bunu bilmirik. Mən elə düşünürəm ki, bu qurum komissiyaların paritet əsaslarla yaradılmasında israr edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR