Bank Of Baku

Azay Quliyev: “Əfv olunmaq üçün prezidentə müraciət etməyənlərin əfv edilməsi mümkün deyil”

Azay Quliyev: “Əfv olunmaq üçün prezidentə müraciət etməyənlərin əfv edilməsi mümkün deyil”
# 17 dekabr 2007 14:00 (UTC +04:00)
“Əfv olunmaq üçün prezidentə müraciət etməyənlərin əfv edilməsi mümkün deyil”. APA-nın məlumatına görə, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Prezident yanında Əfv Komissiyası öz fəaliyyətini davam etdirir və quruma edilən müraciətlər araşdırılır: “Hansı jurnalistlərin əfv üçün müraciət etdiklərini deyə bilmərəm. Amma bütövlükdə kimlər ki, komissiyasına müraciət etmişdilər, onların işinə baxılıb və müvafiq qərarlar qəbul olunub. Ancaq proses hələ başa çatmayıb və müraciətlərə baxılması davam etdirilir. Sonrakı iclaslarda kimlərin adlarının siyahıya əlavə olunacağını deyə bilmərəm. Hər bir halda o şəxslərə üstünlük verilir ki, onlar etdikləri əmələ görə peşmançılıq çəkirlər. Bunu təkcə jurnalistlərə aid etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR