Bank Of Baku

Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, “Azadlıq” bloku mitinqlərə başlayacaq

Seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, “Azadlıq” bloku mitinqlərə başlayacaq
# 17 dekabr 2007 14:16 (UTC +04:00)
“Azadlıq” blokunun keçirdiyi zona müşavirələri başa çatmaq üzrədir. Bu barədə APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib. O bildirib ki, yaxın günlərdə şimal bölgəsi üzrə blokun üzvü olan partiyaların yerli təşkilatlarının iştirakı ilə sonuncu müşavirə keçiriləcək. Sədr müavini yalnız Naxçıvan Muxtar Respublikasında müşavirə keçirə bilməyəcəklərini söyləyib. H. Kərimov keçirilən müşavirələrdə blokun yerli təşkilatlarının strukturlaşması, partiyalar arasında əlaqələrin güclənməsi, 2008-ci il prezident seçkilərinə hazırlıq və kütləvi aksiyalarla bağlı müzakirələr aparıldığını qeyd edib. O, Seçki Məcəlləsinə dəyişiklik edilməsə, blokun mitinqlərə başlayacağını deyib: “Venesiya Komissiyası hakimiyyətin irəli sürdüyü təkliflərlə razılaşsa və seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsə, mitinqlərə start verəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR