Bank Of Baku

Azay Quliyev: “Bəzi QHT rəhbərləri Azərbaycanda terror törədənləri beynəlxalq təşkilatlara siyasi məhbus kimi təqdim edirlər”

Azay Quliyev: “Bəzi QHT rəhbərləri Azərbaycanda terror törədənləri beynəlxalq təşkilatlara siyasi məhbus kimi təqdim edirlər”
# 17 dekabr 2007 14:20 (UTC +04:00)
“Bəzi QHT rəhbərləri Azərbaycanda terror törədənləri və dövlətə xəyanət edənləri siyasi məhbus kimi beynəlxalq təşkilatlara təqdim edirlər”. APA-nın məlumatına görə, Milli QHT Forumunun prezidenti Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun beynəlxalq təşkilatlara təqdim etdiyi siyahıda siyasi məhbus kimi qələmə verdiyi şəxslərin böyük əksəriyyəti mütəşəkkil cinayətkarlıqla məşğul olanlardır. Onun sözlərinə görə, 1994-cü ildə Bakı metropolitenində terror hadisəsi törədən şəxsin beynəlxalq təşkilatlara siyasi məhbus kimi təqdim olunması başa düşülən deyil: “Bu kimi qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycan dövlətinin qrant proqramına ikrahla yanaşır və bu prosesə müxtəlif cür don geyindirməyə çalışır. Belə təşkilatların mövqeyi göstərici hesab olunmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR