Bank Of Baku

Türkiyəli diplomat Kosovo və Dağlıq Qarabağ problemləri arasında paralellik olmadığını bildirir

Türkiyəli diplomat Kosovo və Dağlıq Qarabağ problemləri arasında paralellik olmadığını bildirir
# 22 fevral 2008 12:30 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Serj Sarkisyanın qalib elan olunacağını hamı bilirdi. Onun Robert Köçəryanla hələ Qarabağdan başlayan əməkdaşlığını nəzərə alsaq, Ermənistanın istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlərində dəyişiklik baş verəcəyini gözləməyin əbəs olduğunu söyləyə bilərik”. Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) erməni məsələləri idarəsinin rəisi, istefada olan fövqəladə və səlahiyyətli səfir Ömər Lütem deyib. O, Kosovo ilə Dağlıq Qarabağ arasında paralellik qurulmasının düzgün olmadığını bildirib: “Bunlar tamamilə müxtəlif ixtilaflardır və ikisi arasında müqayisə aparmaq mənasızdır. Ermənilər Kosovonun tanınmasından öz təbliğatlarında istifadə etməyə çalışacaqlar. Ancaq onlar Dağlıq Qarabağ məsələsini həll etmək istəyirlərsə, öncə Azərbaycanla anlaşmalıdırlar. Bunun başqa çarəsi yoxdur. Kosovo müstəqil oldu deyə Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” qəbul edəcəkmi? Belə bir şey ola bilməz”. Ekspert hesab edir ki, Azərbaycan bu günə qədər yürütdüyü xətdən kənara çıxmamalıdır: “Azərbaycan gündən-günə güclənir və malik olduğu hərbi gücün Qarabağ məsələsində ona hərtərəfli üstünlük qazandıracağına inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR