Bank Of Baku

Xeyrəddin Qoca: “Zəhmət çəkib məni narazılar siyahısına salmasınlar”

Xeyrəddin Qoca: “Zəhmət çəkib məni narazılar siyahısına salmasınlar”
# 22 fevral 2008 12:52 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “ Məni tanıyanlar ömrüm boyu bir əqidə sahibi olduğumu bilirlər. Bu günə kimi əqidəmi dəyişməyi ağlıma belə, gətirməmişəm. YAP özü elə Heydər Əliyev hərəkatıdır. YAP-ın Siyasi Şurasının üzvü olduğum halda, başqa hərəkatda iştirakıma lüzum varmı?”. Bu sözləri APA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, yazıçı Xeyrəddin Qoca mətbuatda onun və bir qrup şəxsin yeni hərəkat yaratmağa hazırlaşmaları ilə bağlı fikirlər münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu siyahını formalaşdıranlar heç bir real məlumatlara əsaslanmayıblar. Bunun göstəricilərindən biri də həmin siyahıda bir neçə il əvvəl dünyasını dəyişmiş Nəzir Əhmədovun da adının olmasıdır: “Mən həmişə bu fikirdə olmuşam ki, vəzifədə olanda müəyyən mövqe, yaşayış tərzi qazanan insanların vəzifədən gedəndən sonra hakimiyyətdən narazılıq etmələri insana yaraşan xüsusiyyət deyil. Bunun qəti əleyhinəyəm”. Beş ildir ki, işləmədiyini deyən Xeyrəddin Qoca bu müddət ərzində yaradıcılıqla məşğul olduğunu söyləyib: “Belə bir məqamda Azərbaycan prezidenti mənə prezident təqaüdü verib. Bu, mənə prezidentin xüsusi qayğısıdır. Bundan artıq nə ola bilər?” O, “91-lər”in YAP-dan və hakimiyyət komandasından kənarlaşdırılmaları ilə bağlı yazılanlara da etirazını bildirib: “ “Vurulmaq” nəyə deyirlər ki? “91-lər”dən biri də mənəm. Diplomatik müddət bitdiyinə görə, həm də öz istəyimlə vəzifədən geri çağırılmışam. Bunun nəyi vurulmaqdır?” O bildirib ki, “91-lər” vaxtilə hərəkata başlayanda qarşılarına hansısa vəzifəni tutmaq məqsədi qoymamışdılar: “Azərbaycan xalqı pis vəziyyətdə yaşayırdı. Biz isə millətimizi bu vəziyyətdən çıxaracaq şəxsin - Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün mübarizə aparırdıq. Şəxsən mənim indiyə kimi də başqa heç bir məqsədim olmayıb. Ona görə, zəhmət çəkib məni narazılar siyahısına salmasınlar”. X. Qoca partiya ilə daimi əlaqələri olduğunu, bütün tədbirlərdə iştirak etdiyini də vurğulayıb: “Partiya həyatını əks etdirən kitablarda məqalələrim dərc olunur. YAP-ın tapşırıqlarına əməl etmədiyim hal olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR