Bank Of Baku

Rusiya prezidenti siyasi varisini MDB dövlət başçılarına təqdim edib - YENİLƏNİB

Rusiya prezidenti siyasi varisini MDB dövlət başçılarına təqdim edib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 22 fevral 2008 14:01 (UTC +04:00)
V. Putin bildirib ki, bu strategiyanın prioritetləri rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş iqtisadiyyatın inkişafı və sosial-iqtisadi inkişafın sürətləndirilməsi olmalıdır.
O, Rusiyaya gələn MDB vətəndaşlarının ksenofobiyadan müdafiə olunmasının vacibliyini də vurğulayıb: “Biz hamımız yaxşı anlayırıq ki, millətçilik və ksenofobiya miqrasiya probleminin hakimiyyət tərəfindən necə nizamlanması ilə birbaşa bağlıdır. Məhz buna görə biz iqtisadiyyat, kiçik biznes sahəsində qəbul etdiyimiz qərarları Rusiyaya MDB ölkələrindən gələn insanların müdafiə olunmasını nəzərə alaraq qəbul etmişik”. 8 il Rusiyaya başçılıq etdiyini deyən V. Putin MDB başçılarına birgə fəaliyyətə görə minnətdarlığını bildirib və öz siyasi varisi-baş nazirin birinci müavini Dmitri Medvedyevi təqdim edib. O, 17 ildir, D. Medvedyevi tanıdığını, onun komandasının ən yaxın üzvü olduğunu bildirib. V. Putin bəyan edib ki, prezident seçkilərində D. Medvedevin qələbə çalacağı təqdirdə, MDB məkanı ilə bağlı Rusiyanın xarici siyasətində dəyişiklik olmayacaq.
Öz növbəsində, D. Medvedyev MDB-nin Rusiya xarici siyasətinin və iqtisadiyyatının prioriteti olacağını bəyan edib: “Ölkələrimiz və millətlərimiz arasında artıq qəbul olunmuş mehriban qonşuluq, uzunmüddətli əməkdaşlığın inkişafı əsasında qurulmuş əlaqələrin alternativi yoxdur”.
Qeyd edək ki, sammitə MDB-nin fəaliyyətdə olan sədri, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev sədrlik edir. Sammitə MDB-yə daxil olan bütün ölkələrin rəhbərləri qatılıb. Onu da əlavə edək ki, bu, Rusiya və Ermənistan prezidentləri V. Putin və Robert Köçəryanın bu postda sammitdə sonuncu iştirakıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR