Bank Of Baku

İranda Beynəlxalq Ana Dili Gününü qeyd etmək istəyən azərbaycanlı fəallar həbs edilib

İranda Beynəlxalq Ana Dili Gününü qeyd etmək istəyən azərbaycanlı fəallar həbs edilib
# 22 fevral 2008 13:25 (UTC +04:00)
Təbriz. Ramil Məmmədov-APA. Polis və silahlı dəstələrin basqısına baxmayaraq, 21 Fevral-Beynəlxalq Ana Dili Günü İranın Azərbaycan şəhərlərində qeyd olunub. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasından APA-ya daxil olan məlumatda Təbrizə İranın müxtəlif şəhərlərindən 100 mindən çox silahlı qüvvə gətirildiyi bildirilir. Bu qüvvələr Təbrizin müxtəlif yerlərində yerləşdirilib. Şəhərin mərkəz meydanlarında xüsusi polis qüvvələri saat 16.00-dan sonra hərbi maşınlarla yolları kəsib və kütləvi toplantılara imkan verməyib. Təbrizin Bazar ağzına doğru yürümək istəyən minlərlə nümayişçi 17.30 radələrində təhlükəsizlik qüvvələri tərəfindən geri qaytarılıb.
Zəncan şəhərində də yüzlərlə tələbə və fəal Səbzə meydanında silahlı dəstələrin və polisin hücumlarına məruz qalıb. Azərbaycan Siyasi Məhbusları Müdafiə Assosiasiyasına daxil olan məlumatlarda Urmiyada jurnalist Riza Dağıstani, Aşıq Əsgər Səid, Mehdi Nuri, Zəncanda isə türk dili müəllimi Şəhram Muradinin nəzarət altına alındığı bildirilib. Onların harada saxlanıldığı aydın deyil.
Ərdəbildə isə fəallar Şəriət meydanında toplaşaraq, Xomeyni xiyabanından Səfəvi meydanına doğru irəliləmək istəsələr də, az sonra silahlı qüvvələr onların hərəkətinə mane olub. Orada tutulan və yaralananların sayı barədə hələlik məlumat yoxdur.
Urmiyanın İmam və Xəyyam xiyabanı, Nəqədənin İmam meydanında toplaşan fəalların da silahlı dəstələr və polis hücumlarına məruz qaldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR