Bank Of Baku

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün siyasi iradə tərəflərin özlərindən gəlməlidir” - EKSKLÜZİV

ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün siyasi iradə tərəflərin özlərindən gəlməlidir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 22 fevral 2008 13:42 (UTC +04:00)
- 2008-ci ildə ATƏT-ə sədrlik edən dövlət kimi Finlandiyanın prioritetləri nədən ibarətdir?
- Finlandiyanın sədrliyinin şüarı “Davamlılıq, Əlaqə və Əməkdaşlıq”dır. Hədəflərimiz arasında ATƏT-in fəaliyyət imkanlarını möhkəmləndirmək dayanır. Biz həm də mövcud danışıq mexanizmlərini işə salmaq və bütün tərəfləri münaqişələrə mümkün həll yolları tapmaq üçün danışıqları bərpa etməyə həvəsləndirməklə, regional münaqişələrin sülh yolu ilə həlli üçün lazımı şərait yaratmağa çalışırıq. Biz ATƏT-ə üzv dövlətlər arasında təhlükəsizlik üzrə dialoqu təkmilləşdirməklə, siyasi-hərbi məsələlərdə açıqlıq, şəffaflıq və əməkdaşlığı genişləndirən regional təhlükəsizlik təşkilatı qısmində ATƏT-in mövqeyini də möhkəmləndirəcəyik. İqtisadi və ekoloji sahələrdə isə təhlükəsizliyi artıracaq və əsas diqqəti ATƏT regionunda dəniz və daxili su yolları ilə əməkdaşlıq üzrə ATƏT-in İqtisadi və Ekoloji Forum prosesinə yönəltməklə ətraf-mühiti mühafizə edəcəyik. Finlandiya həmçinin insan hüquqları və əsas azadlıqlarına hörmət, qanunun aliliyinin həyata keçirilməsi və demokratik idarəetmənin möhkəmləndirilməsinə də diqqət yetirəcək. Xüsusi prioritetlərə insan alveri ilə mübarizə, dözümlülük və qeyri-ayrıseçkiliyin, xüsusən qaraçı və sintilərlə münasibətdə genişləndirilməsi, həmçinin ATƏT-in bütün fəaliyyətlərinə gender elementlərinin daxil edilməsi aiddir.
- ATƏT regioununda “dondurulmuş münaqişələr”in, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllinə Finlandiya necə yardım edə bilər? Finlandiyanın münaqişə tərəfləri üçün hər hansı yeni təklifləri varmı və bu təkliflər nədən ibarətdir?
- Finlandiya ATƏT regionundakı dondurulmuş, yaxud uzunsürən münaqişələri sədrliyin gündəliyində dayanan ən vacib məsələlər arasına qoyub. Finlandiya ATƏT-in sədri qismində Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli yolunda göstərdiyi davamlı cəhdlərə tam dəstək verəcək. Biz həmçinin fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin fəaliyyətini də önəmli hesab edirik. Mən artıq yanvar ayında Moldovaya səfər etmişəm və bu günlərdə Ermənistan, Azərbaycan və Gürcüstana da baş çəkmək istəyirəm. Mənim xüsusi elçim Heikki Talviti də mövcud münaqişənın həlli strukturlarını dəstəkləmək və münaqişənin həllində fəal iştirak edəcək. Ancaq münaqişəni həll etmək üçün siyasi iradə tərəflərin özlərindən gəlməlidir.
- ATƏT regionunda mətbuat azadlığı ilə bağlı bir sıra problem mövcuddur. Bu problemin həlli üçün Finlandiya nə kimi təkliflər edir? Prezident İlham Əliyevin 2007-ci ilin sonunda imzaladığı sərəncamdan sonra jurnalistlərdən bəziləri azadlığa buraxıldı, ancaq onların üçü hələ də həbsxanadadır. Finlandiya bu məsələ ilə əlaqədar vəziyyətə necə təsir göstərməyi planlaşdırır?
- Dekabr ayında bəzi jurnalistlərin əfvinin ölkədə mətbuatın vəziyyətinin yaxşılaşdırılması və normallaşdırılması yolunda müsbət addım olsa da, mən hakimiyyəti hələ də həbsxanada saxlanılan jurnalistləri azadlığa buraxmağa çağırıram. Bununla yanaşı, hüquqi islahatlarda jurnalist işinin kriminallaşdırılmasının qarşısını alaraq mətbuata təqib olunma qorxusu olmadan ictimai maraq doğuran məsələlər haqqında məlumat verməyə imkan verəcək təcili irəliləyişə ehtiyac var. Ümid edirəm ki, böhtan və diffamasiyanın cinayət əməlləri sırasından çıxarılması tezliklə atılacaq əhəmiyyətli addım olacaq. ATƏT Azərbaycan hökumətini mətbuat azadlığı sahəsində ATƏT-in öhdəliklərini yerinə yetirməkdə dəstəkləməyi gələcəkdə də davam etdirməyə hazırdır.
- 2008-ci ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seşkilərin azad və ədalətli keçməsi üçün ATƏT nə kimi işlər görəcək?
- Seçkilərin ATƏT öhdəliklərinə uyğun şəkildə keçirilməsini təmin etmək Azərbaycan hökumətinin öhdəliyinə düşür. Hazırda Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki qaninvericiliyini təkmilləşdirməkdə hökumətə yardım edir. Seçkilərdə müşahidələr aparmaq üçün ilkin dəvəti səbirsizliklə gözləyirik. ATƏT qarşıdurmaya deyil, əməkdaşlığa əsaslanan bir təşkilatdır. Biz seçkilərin keçirilməsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan hökuməti ilə fəaliyyətimizi davam etdirəcəyik. Hökumət əvvəlki seçki müşahidəsi hesabatlarındakı tövsiyyələrə əsasən bir sıra öhdəliklər götürüb. Bu öhdəlikləri təcrübədə tətbiq etmək hələ gec deyil və ATƏT bu istiqamətdə əlindən gələn yardımı göstərməyə hazırdır.
- Sizcə, həll edilməmiş münaqişələr üçün Aland modeli münasibdirmi? Bu modeli Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiq etmək olarmı?
- Finlandiya Aland modelini münaqişələrin həlli modeli kimi Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bir sıra hallar üçün təklif edib. Aland adaları üçün tətbiq edilmiş model olduqca demokratikdir. Lakin hər bir münaqişənin xüsusiyyətlərini nəzərə almaqla, bu modeldən istifadə edib-etməmək tərəflərin öz işidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR