Bank Of Baku

Azərbaycan müxalifət partiyasının sədri: “Mən Müsavatda kimin hansı prinsiplərlə fikir formalaşdırdığını yaxşı bilirəm”

Azərbaycan müxalifət partiyasının sədri: “Mən Müsavatda kimin hansı prinsiplərlə fikir formalaşdırdığını yaxşı bilirəm”
# 22 fevral 2008 15:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müxalifətin prezident seçkilərində vahid namizədlə çıxış etmək ideyası aktual deyil. Ona görə bu məsələyə qayıtmaq ictimaiyyəti çaşdırmaq, boş enerji sərf etməkdir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Məclisinin sədri Sülhəddin Əkbərin vahid namizədin müəyyənləşməsi üçün partiyanın müzakirələrə hazır olması, hətta başqa namizədin dəstəklənməsinin mümkünlüyü barədə fikirlərinə münasibət bildirərkən deyib. S. Əkbərin nəzəri mülahizə irəli sürdüyünü bildirən S. Cəlaloğlu hər hansı partiyadan xüsusi dəstək almaq marağında olmadıqlarını qeyd edib: “Hansısa partiya bizə dəstək versə, minnətdar ola bilərik. Biz Müsavatdan belə dəstək almaq iddiasında deyilik və ümumiyyətlə Müsavatın bizə belə bir dəstək verə biləcəyini düşünmürəm. Çünki bir-birimizi kifayət qədər tanıyırıq və mən yaxşı bilirəm ki, Müsavatda fikri kim hansı prinsiplərlə formalaşdırır. Bizim tərəfimizdən isə bu məsələni gündəmə gəlməsi zəruri hesab olunmur. Müsavatın bizi dəstəkləməsi, əlbəttə çox yaxşı olardı. Amma açığı, bunu müzakirəyə çevirib ictimai rəyə çıxarmaq düzgün deyil. Çünki indi Müsavatda da şərtlə danışırlar ki, onlara nəyisə sübut etsinlər, sonra razılığa gəlsinlər”. S. Cəlaloğlunun fikrincə, Müsavat, ilk növbədə, özü üçün müəyyən etməlidir ki, seçkilərdə iştirak onların qrup, fərdi və milli maraqlarına uyğun gəlir, ya yox: “Uyğun gəlmirsə, onlar üçün ikinci vəzifə - başqa namizədi dəstəkləmək aktual ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR