Bank Of Baku

Azərbaycan Ədalət Partiyasının sədri oğlunu özünə müavin təyin edib

Azərbaycan Ədalət Partiyasının sədri oğlunu özünə müavin təyin edib
# 22 fevral 2008 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ədalət Partiyasının sədri İlyas İsmayılov oğlu Etimad İsmayılovu özünün beynəlxalq əlaqələr üzrə müavini təyin edib. Bu barədə APA-ya partiya sədrinin mətbuat məsələləri üzrə müavini Elxan Şükürlü məlumat verib. Onun sözlərinə görə, İ. İsmayılov imzaladığı sərəncamla E. İsmayılovdan başqa, özünə daha 4 müavin təyin edib. Sərəncama görə, Ədalət Məmmədov humanitar, Zülfüqar Fərzəliyev Qarabağ, Heydər Oğuz dini, Əlikamal Həsənzadə isə iqtisadi məsələlər üzrə partiya sədrinin müavini təyin olunublar. Uzun illər Ədalət Partiyası sədrinin hüquq məsələləri üzrə müavini olmuş İlham Rəhimov isə bu dəfə vəzifə almayıb. E. Şükürlünün sözlərinə görə, bu, İ. Rəhimovun öz istəyi ilə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR