Bank Of Baku

Moskva merinin müavini Vasif Talıbova rəsmi məktub göndərərək, ermənilərin Rusiya paytaxtında “Novo-Naxiçevanskaya” kilsəsi tikməsi məsələsinə aydınlıq gətirib

Moskva merinin müavini Vasif Talıbova rəsmi məktub göndərərək, ermənilərin Rusiya paytaxtında “Novo-Naxiçevanskaya” kilsəsi tikməsi məsələsinə aydınlıq gətirib
# 22 fevral 2008 16:34 (UTC +04:00)
Məktubda Erməni Apostol Kilsəsinin (EAK) Novo-Naxiçevanskaya və Rusiya yeparxiyasının 1836-cı ildə imperator I Nikolayın fərmanı ilə təsis olunduğu, 14 noyabr 1779-cu il tarixdə imperatriçə II Yekaterinanın fərmanı ilə Krım ermənilərinə Don çayının sağ sahilində torpaq sahəsi bəxş edildiyi qeyd olunub. V. Vinoqradov bildirib ki, 1780-ci ildə ermənilər tərəfindən bu ərazidə indiki Rostov-na-Donu şəhərinin tərkib hissəsi olan Novıy Naxiçevan şəhərinin əsası qoyulub və EAK-ın Rusiya yeparxiyasına da bu ad verilib. Mer müavini sözügedən kilsənin tikintisinə də münasibət bildirib: “Novo-Naxiçevanskaya erməni kilsəsi binasının tikilişinə dair tərəfinizdən qaldırılmış məsələyə gəlincə, Moskvada bu adda dini məbəd mövcud deyil. Hazırda Moskvada Erməni Apostol Kilsəsi, onun Novo-Naxiçevanskaya və Rusiya yeparxiyası rəhbərliyinin müraciəti əsasında bu dini icma üçün “Surb-Xa甝 (“Müqəddəs xa甝) adı altında məbədin tikintisi aparılır”. V. Vinoqradov, həmçinin Naxçıvan MR-lə Moskva arasında ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, MR Ali Məclisi sədri Rusiya paytaxtında Novo-Naxiçevanskaya Armyanskaya Tserkov kilsə binasının tikintisi ilə bağlı Moskva meri Yuri Lujkova etiraz məktubu etiraz məktubu göndərib. Bundan başqa, Naxçıvanın elmi idarələri, ziyalıları, ictimaiyyətin nümayəndələri, o cümlədən Naxçıvandakı rus icması tərəfindən 422 teleqram, 204 faks göndərilməklə kilsə binasının tikintisinə etiraz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR