Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatları Berlində Xocalı soyqırımı iə bağlı tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Milli Məclisinin deputatları Berlində Xocalı soyqırımı iə bağlı tədbirlərdə iştirak edəcəklər
# 23 fevral 2008 07:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan Milli Məclisinin deputatları Məlahət Həsənova, Yaqub Mahmudov, Elman Məmmədov, Aqil Abbasov və Fəzail İbrahimlidən ibarət nümayəndə heyəti Berlinə yola düşəcək. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, deputatlar Türkiyənin İqdır bələdiyyəsinin Berlində təşkil edəcəyi “Türkün qara günü - Xocalı soyqırımı” adlı sərgi-konfransda iştirak edəcəklər. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Y. Mahmudov və tarix elmləri doktoru F. İbrahimli məruzə ilə çıxış edəcək. Deputatlar Xocalı soyqırımı, eləcə də son iki yüz ildə erməni separatçılarının Türkiyə və Azərbaycan xalqlarına qarşı törətdikləri vəhşilikləri tədbir iştirakçılarının diqqətinə çatdıracaqlar.
Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva da Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR