Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfiri Texasda keçirilən “Davamlı qlobal enerji siyasətinin hazırlanması” konfransında iştirak edib

Azərbaycanın ABŞ-dakı səfiri Texasda keçirilən “Davamlı qlobal enerji siyasətinin hazırlanması” konfransında iştirak edib
# 23 fevral 2008 07:59 (UTC +04:00)
Vaşinqton. Hüsniyyə Həsənova APA. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Texas A&M Universitetində keçirilən Milli Məsələlər üzrə Tələbə Konfransında iştirak edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın 50-dən artıq universitetinin nümayəndələrini bir yerə toplayan konfrans qloballaşan dünyanın ən aktual məsələlərindən biri olan “Davamlı qlobal enerji siyasətinin hazırlanması” mövzusuna həsr olunub. Tədbirdə çıxış edən Y.Əliyev dünyada enerji təhlükəsizliyinin əhəmiyyəti, enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələri, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru kəmərləri və regiondakı irimiqyaslı infrastruktur layihələr haqqında məlumat verib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Səfər çərçivəsində Y.Əliyev Universitetdə yerləşən Corc Buş adına Prezident Kitabxanası Fondunu, Prezident Kitabxanası və Muzeyini ziyarət edib və onların rəhbərləri ilə görüşlər keçirib. Səfir həmçinin Universitetin və onun nəzdində fəaliyyət göstərən Corc Buş adına Hökumət və Dövlət Xidməti üzrə Kollecin və Beynəlxalq Məsələlər üzrə Skoukroft İnstitutunun rəhbərliyi ilə danışıqlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR