Bank Of Baku

Piter Semnebi : “ Qarşıdakı prezident seçkilərinə qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəklərinə ümid edirik ”

Piter Semnebi : “ Qarşıdakı prezident seçkilərinə qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəklərinə ümid edirik ”
# 23 fevral 2008 08:51 (UTC +04:00)
Piter Semnebi APA-nın Avropa bürosuna Avropa Şurasının baş katibi, insan haqları üzrə Kommissarı, “ Aqo ” qrupunun uzvləri və Venesiya Komissiyasının sədri ilə görüşdüyünü deyib. Görüşlərdə əsasən, Azərbaycana səfərin yekunları, “ Aqo ” qrupunun ölkəmizə növbəti səfəri, insan haqları üzrə Kommissarın Azərbaycanla bağlı hesabatı müzakirə olunub.
Prezident seçkiləri ərəfəsində Avropa Birliyinin burda müəyyən layihələr həyata keçirəcəyini deyən P. Semnebi seçkiöncəsi vəziyyətin, seçki qanunvericiliyi ilə bağlı məsələlərin diqqətlə izlənəcəyini də söyləyib.
Piter Semnebi Azərbaycan XİN-in beynəlxalq təşkilatların Ermənistanda keçirilən seçkilər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş seçki məntəqələrində də müşahidələr aparmaları ilə bağlı notasından xəbərsiz olduğunu deyib. Xüsusi nümayəndə bu məlumata şübhə ilə yanaşdığını da bildirib : “ Mən hansısa müşahidəçilərin Qarabağa getməsinə şübhə ilə yanaşıram. Amma onu deyə bilərəm ki, seçkilərdə müşahidə aparmaqla bağlı planda Ermənistandan kənarda hər hansı müşahidə aparmaq nəzərdə tutulmamışdı ”.
P. Semnebi Kosovanın Dağlıq Qarabağ və digər postsovet məkanı münaqişələri ilə bağlı president olması məsələsinə də münasibət bildirib. O deyib ki, hər bir münaqişə özü-özlüyündə unikaldır : “ Münaqişələri fərqləndirən cəhətlər onları birləşdirən əlamətlərdən daha çoxdur. Bu, Cənubi Qafqazdakı münaqişələrə də aid edilə bilər. Kosova və Qarabağ münaqişələrinin tamam fərqli xüsusiyyətləri var. Deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi də çox mürəkkəbdir. Amma aydındır ki, bu münaqişə yalnız sülh və danışıqlar vasitəsilə həll edilməlidir. Hər halda bu, bizim mövqeyimizdir. Bu günlərdə Ermənistanda prezident seçkiləri oldu və bir neçə illik mandatla yeni prezident seçildi. Biz bunun sülh danışıqlarının intensivləşməsində və münaqişənin həllində təkan olacağına ümid edirik. Ümumiyyətlə, hər iki ölkədə baş verən seçki prosesləri dövründə danışıqların dayanmaması çox vacibdir. Mən Ermənistanın yeni prezidentinin Azərbaycan prezidenti ilə görüşünün baş tutmasını çox istərdim. Bu görüş bütün tərəflərin marağındadır və nə qədər tez olsa, bir o qədər yaxşıdır. Azərbaycandakı seçkilərə qədər bu görüşün baş tutacağına çox ümid edirik”.
P. Semnebi Avropa Birliyinin Azərbaycan üzrə Fəaliyyət Planının həyata keçirilməsinin gedişatı ilə bağlı da danışıb. O bildirib ki, bu ilin aprel ayında Avropa Komissiyasında Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı hesabat müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR