Bank Of Baku

Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb

Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb
# 23 fevral 2008 10:20 (UTC +04:00)
Niyyət protokolunda Assambleyanın yaradılması istiqamətində hazırlıqlara başlanılması, bu istiqamətdə gedən işlərlə bağlı türkdilli ölkələrin qanunverici orqanlarının rəhbərlərinin məlumatlandırılması ilə bağlı fikirlər əksini tapıb.
Türkiyə Böyük Millət Məclisinin sədrinin müavini Nevzat Pakdil iki gün davam edən toplantının uğurla başa çatdığını deyib. O, Parlament Assambleyasının yaradılması prosesinə digər türkdilli dövlətlərin də qoşulacağına ümid etdiklərini deyib.
Toplantıda Azərbaycanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Qazaxıstanı parlament sədrinin müavini Mukambed Kopeyev, Qırğızıstanı isə parlament sədrinin müavini Kurbaniçbek İsabekov təmsil ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR