Bank Of Baku

“Azadlıq” bloku boykotun hansı formasından istifadə edəcəyini müəyyənləşdirməyib

“Azadlıq” bloku boykotun hansı formasından istifadə edəcəyini müəyyənləşdirməyib
# 24 fevral 2008 09:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” bloku prezident seçkilərində boykotun hansı formasından istifadə edəcəyini hələlik müəyyənləşdirməyib”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, hazırda bəlli olan yalnız seçki komissiyalarının dəyişməyəcəyi halda, blokun seçkiləri boykot etməsidir. Bu halda boykotun hansı forması və hansı taktikanın seçiləcəyi isə seçki ərəfəsində müəyyənləşəcək: “Bu məsələ blokda daim müzakirə edilir ki, aktiv, yoxsa passiv boykotdan istifadə olunsun. Əgər seçki saxtakarlıqla keçəcəksə, o zaman ən yaxşı variant boykotdur. 1998-ci ildə də bu yolu seçmişdik və o zaman seçicilərdən kifayət qədər bildiriş vərəqələri yığılmışdı. Həmin vərəqələr göstərdi ki, xalq seçkini boykot edib. Bu dəfə də müəyyən bir taktika seçə bilərik ki, iqtidar fakt qarşısında qalsın. Ona görə boykotun effekti daha yaxşı ola bilər”. H. Kərimov boykotçuların sıralarının genişlənməsi üçün xalqla iş aparacaqlarını və siyasi partiyalarla danışıqların olacağını da qeyd edib: “Boykot o zaman yaxşı effekt verəcək ki, digər partiyalar da buna qoşulsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR