Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Müxalifətdə mənəm-mənəmlik var”

Zəminə Dünyamalıyeva: “Müxalifətdə mənəm-mənəmlik var”
# 24 fevral 2008 09:48 (UTC +04:00)
“İndiyədək müxalifət partiyaları seçkilərə ayrı-ayrılıqda gediblər ki, bu da heç bir effekt verməyib. Bu il keçiriləcək prezident seçkiləri müxalifətin son şansıdır. Əgər bu seçkilərdə də bir araya gələ bilməsələr, uduzan yenə müxalifət özü olacaq”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Zəminə Dünyamalıyeva deyib. ABŞ səfərindən qayıdan Z. Dünyamalıyeva partiya lideri Rəsul Quliyevin müxalifətin birliyi ilə bağlı təkliflərini müxalifət partiyalarına bir daha çatdıracağını bildirib. Onun sözlərinə görə, müxalifət seçkilərə parçalanmış şəkildə gedən zaman hakimiyyət bundan çox bacarıqla istifadə edir və nəticə müxalifətin ziyanına olur: “Parlament seçkilərindən sonra Rəsul Quliyev təşəbbüslə çıxış etdi ki, müxalifətin forumu keçirilsin, müzakirələr aparılsın və bunu üzərində seçki kampaniyasını quraq. Forum keçirildi, amma bəziləri çox qısqanclıqla yanaşdılar. ACP hesab edir ki, bütün müxalifət bir araya gələrək seçkidə vahid qüvvə kimi birgə mübarizə aparmalıdır. Vahid namizəd isə növbəti mərhələdə ola bilər. Əgər bir araya gəlib müzakirə apara bilmirlərsə, hansı vahid namizəddən danışmaq olar? Beş nəfər bir yerdə otura bilmir. Bu nə bəladır, nə toxumdur müxalifətin içinə düşüb? Məsələ burasındadır ki, müxalifətdə mənəm-mənəmlik var. Başa düşmürlər ki, mənəm-mənəmliyin də bir həddi var. 1998, 2003-cü ildə nə oldu? Həmin mənəm-mənəmliyin qurbanı oldular. Ona görə də heç olmasa, indi vicdanları qarşısında məsuliyyət hiss edib bir araya gəlsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR