Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı Demokratik Seçki Mərkəzində iştirakdan imtina edib

“Azərbaycan Yolu” Siyasi Hərəkatı Demokratik Seçki Mərkəzində iştirakdan imtina edib
# 24 fevral 2008 10:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müxtəlif məsələlərdə əməkdaşlığa dair saziş imzalayan partiyaların bəziləri Demokratik Seçki Mərkəzinin (DSM) yaradılmasında iştirakdan imtina edib. “Azərbaycan Yolu” Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov APA-ya açıqlamasında deyib ki, Qarabağ problemi və seçki öncəsi bir-birinin əleyhinə təbliğat aparmamaqla bağlı əməkdaşlıq haqda saziş imzalanarkən hər hansı bir seçki qurumunun yaradılması barədə müzakirələr aparılmayıb. Amma sonradan məşvərət xarakterli seçki qurumunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, DSM-in yaradılması AYSH-nin fəaliyyət istiqamətlərinə uyğun gəlmədiyindən, burada təmsil olunmaqdan imtina edib.
İ. Qasımov DSM-ə daxil olan partiyalarla mənfi münasibətinin olmadığını da qeyd edib: “Hərəkat seçki prosesində fəaliyyətini fərqli formada qurmağı nəzərdə tutub. Qarabağ məsələsində isə birgə ola bilərik. Fikrimcə, indidən seçki blokunun yaradılması hələ tezdir”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri, DSM-in həmtəsisçisi Mirmahmud Mirəlioğlu bildirib ki, DSM-in yaradılmasında partiyalar arasında heç bir fikir ayrılığı yaranmayıb: “Mərkəzə daxil olmaq sərbəstdir. Toplantılarda üç dəfə qatılmayan qurumun təmsilçiliyi isə ləğv edilir. Çünki DSM məşvərət xarakterli təşkilatdır”. M. Mirəlioğlu müxtəlif məsələlərdə əməkdaşlığa dair saziş imzalayan partiyaların bəzilərinin DSM-in yaradılmasında iştirakdan imtina etməsi məsələsinə münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR