Bank Of Baku

“Beşlər”in prezident seçkiləri ilə bağlı hazırladığı layihə üzərində yekun razılıq əldə olunmayıb

“Beşlər”in prezident seçkiləri ilə bağlı hazırladığı layihə üzərində yekun razılıq əldə olunmayıb
# 24 fevral 2008 11:13 (UTC +04:00)
Bakı. Ülkər Əliyeva - APA. “Beşlər”in prezident seçkiləri ilə bağlı hazırladığı layihə üzərində hələlik yekun razılıq əldə olunmayıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov deyib. “Beşlər”in gələn həftə keçiriləcək toplantısında bu məsələnin yenidən müzakirə olunacağını deyən Əli Orucov qeyd edib ki, sözügedən layihədə seçki komissiyalarında iştirakdan tutmuş baş verəcək saxtakarlığa qarşı mübarizədə əhalinin aktiv iştirakını təmin etmək kimi məsələlər nəzərdə tutulub: “Seçkilərdə hansı formada iştirak etmək, çox namizədlə, yoxsa az namizədlə seçkiyə qatılmaq məsələləri qalıb. Növbəti görüşlərimizdə də əlavə məsələlərin davamlı müzakirəsi aparılacaq. Açığı, biz hələlik rəsmi sənəd imzalamamışıq. Çünki görüşlərimiz qeyri-rəsmi keçirilir, bu razılaşmalar isə şifahi şəkildədir. Mübahisə doğuran məqamlar var və o məqamlar aradan qaldırılarsa, təbii ki, rəsmi sənədin imzalanması da olacaq”. Mübahisə doğuran məqamlara gəldikdə, Ə. Orucov bildirib ki, bunlardan biri seçkilərdə vahid namizəd, yoxsa ayrı-ayrılıqda iştirak etməkdir: “Biz bu əməkdaşlığı uzun müddətli davam etdirmək fikrindəyik. Arzu edirik ki, bu əməkdaşlıq təkcə 2008-ci il seçkilərində deyil, 2010-cu il seçkilərində də davam etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR