Bank Of Baku

Əli Əhmədov: “Qarabağ münaqişəsinin nizama salınmasında güc ən başlıca arqumentdir”

Əli Əhmədov: “Qarabağ münaqişəsinin nizama salınmasında güc ən başlıca arqumentdir”
# 24 fevral 2008 12:10 (UTC +04:00)
O, nəinki Xocalı soyqırımının, Azərbaycana qarşı törədilmiş bütün faciələrin səbəbkarlarının cəzalandırılacağını söyləyib: “Biz haqq səsimizi dünyaya çatdırmaqla faciələrə görə məsuliyyət daşıyan şəxslərin cavab verməsinə nail ola biləcəyik. Tökülən nahaq qan yerdə qala bilməz və qalmayacaq da. Hesab edirəm ki, Azərbaycan xalqının iradəsi ilə bu qatillər törətdikləri qətllərə, cinayətlərə görə cavab verəcəklər”.
Azərbaycanda baş verən siyasi-iqtisadi proseslərə diqqət çəkən Ə. Əhmədov deyib ki, dünyada mövqelərin dəyişməsi baş verir: “İndi Azərbaycan beynəlxalq aləmdə əvvəlki illərdən çox fərqli şəkildə qəbul olunur. Çünki Azərbaycan güclənir. Hesab edirəm ki, bu münaqişənin nizama salınmasında güc ən başlıca arqumentdir. İndi bizim qarşımızda duran əsas məqsəd ondan ibarət olmalıdır ki, Azərbaycanın bütün qüvvələri, bütün vətəndaşları, bütün insanları birləşərək münaqişənin acı nəticələrini aradan qaldırmaq üçün mübarizə aparsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR