Sergey Kuznetsov: “Venesiya Komissiyası Azərbaycanda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına dair heç vaxt tövsiyə verməyib” - EKSKLÜZİV
- Əgər söhbət bu ilin yazında Milli Məclisə təqdim olunacaq sənəddən gedirsə, müzakirələri bitmiş hesab etmək olar. Bizim artıq bu məsələ ilə bağlı işgüzar görüşlərimiz olmayacaq. Ümid edirəm ki, sənədin Milli Məclisdə müzakirəsi zamanı tövsiyələrimiz nəzərə alınacaq. Lakin biz ümumi əməkdaşlığı davam etdirəcəyik. Əməkdaşlığın hansı formada olacağını isə gələcək göstərəcək. Belə ki, Azərbaycanda bu il seçkilər keçiriləcək, müəyyən hadisələr baş verəcək, təbii ki, biz də bir neçə proqramda iştirak edəcəyik. Mərkəzi Seçki Komissiyası ilə də əməkdaşlığı davam etdirəcəyik.
- Azərbaycan tərəfi Bakıda keçirilmiş sonuncu müzakirələrin uğurlu alındığını bildirib. Siz də belə hesab edirsinizmi?
- Doğrudan da bizim işçi qrup çərçivəsindəki işlərimiz kifayət qədər uğurlu və konstruktiv oldu. Lakin bu o demək deyil ki, bütün problemləri artıq həll etmişik. Bəzi məqamlara dair mövqelərimizdə müəyyən fərqli baxışlar qalmaqdadır. Umud edirik ki, qanun layihəsi Milli Məclisə çıxarılarkən Bakıda sonuncu müzakirələr zamanı səslənən fikirlər və bizim bu məsələlərdəki mövqeyimiz də nəzərə alınacaq.
- Azərbaycan hökuməti Venesiya Komissiyasının Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı bütün tövsiyələrini nəzərə alıbmı?
- Öncə qeyd etməliyəm ki, biz hüquqşünaslar üçün bütün məsələlər texniki xarakter daşıyır. Biz qanun üzərində işləyirik və söhbət əgər qanundan gedirsə, burda hər bir detal vacib sayılır. Çünki hətta hansısa kiçik məqamlar belə qanunun tətbiqi zamanı kifayət qədər əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər. Sonuncu dəfə Bakıda keçirilən görüşlərdə seçki komissiyalarının formalaşması məsələsində müəyyən narahatlığımızın olduğunu bir daha vurğuladıq. Bu görüşlərdə bir çox siyasi qüvvələr iştirak edirdi və çox maraqlı təkliflər vardı. Həmin görüşlərdə biz ümumilikdə bütün məsələləri müzakirə etdik və fikrimcə, bəzi məsələlərdə müəyyən irəliləyişlərə nail olundu. Lakin təəssüflə qeyd etməliyəm ki, tövsiyələrimizin hamısı nəzərə alınmadı. Bəzi məsələlər hələ də qalmaqdadır. Məhz buna görə ümid edirik ki, bizim öncədən verdiyimiz və Bakıdakı sonuncu dəyirmi masanın nəticəsi kimi ortaya çıxan tövsiyələr Milli Məclisdə müzakirə ediləcək.
- Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında aparılan müzakirələrin yekununda məlum oldu ki, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsinə dair dəyişiklik baş vermədi. Venesiya Komissiyası, ümumiyyətlə, komissiyaların paritet əsaslarla formalaşdırılması təklifini irəli sürmüşdümü?
- Komissiyaların formalaşması məsələsi seçki prosesinin iştirakçıları tərəfindən həll edilməlidir. Bunu Venesiya Komissiyasından gözləmək lazım deyil. Biz həmişə elə bir komissiyanın formalaşdırılmasını istəmişik ki, bu komissiyalar həm siyasi qüvvələrin etibarını qazana, eyni zamanda səmərəli formada işləyə bilsin. Biz bu strukturun hansı formada olduğuna, yəni paritet, yaxud hansısa digər elementlərin istifadəsi ilə formalaşdırılmasına dair heç vaxt tövsiyə verməmişik. Biz bir neçə dəfə qeyd etmişdik ki, komissiyalar seçkilərdə iştirak edən bütün qüvvələrin etibarını qazanmalıdır. Bu alınmadığı üçün hökumət nümayəndələrinin diqqətini dəfələrlə bu məsələyə yönəltmiş, bu məsələnin hansısa yolla həll etmək zərurətini onlara çatdırmışıq. Biz özümüz də bu məsələdə hər hansı təklifi baxışdan keçirməyə hazırıq. Bununla bağlı Bakıda dəyirmi masa da təşkil olunmuşdu. Həmin tədbirdə həm siyasi qüvvələr, həm QHT-lər tərəfindən bu problemin mümkün həllinə dair bir çox təklif irəli sürüldü. Müzakirələrin nəticələri qanun layihəsinin sonuncu variantında da əksini tapıb. Deyə bilərəm ki, həmin müzakirələrdə kifayət qədər maraqlı və ən əsası, reallaşdırılması mümkün olan təkliflər səsləndi. Lakin mən bir də vurğulamaq istərdim ki, nə Venesiya Komissiyası, nə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rolu qanun yazmaqdan ibarətdir. Biz, sadəcə öz fikrimizi bildirə bilərik ki, görüşlər zamanı da bir çox maraqlı və həyata keçirilə biləcək təkliflərin olduğunu bəzi məqamlarda qarşı tərəfin diqqətinə çatdırmışıq.
- Seçkilərdən sonra şikayətlərə baxılması məsələsində hansı yeniliklər tətbiq oluna bilər?
- Müzakirələr zamani şikayətlərə baxılması məsələsində ümumi razılığa gəldik və ümid edirik ki, bu, qanunda da əksini tapacaq. Əgər bu məsələ qanunda razılaşdırdığımız şəkildə əksini tapsa, şikayətlərə baxılma prosedurunun daha da şəffaf olmasına zəmin yaranacaq. Qərarlar tez və operativ qəbul oluna biləcək, həmçinin qərarların qəbulu zamanı ümumavropa standartlarının nəzərə alınması mümkün olacaq.
- Azərbaycan müxalifətinin təklifləri necə, nəzərə alındımı?
- Biz müzakirələr zamani həmişə müxalifətdən aldığımız mətnlərdən yararlanmışıq. Ekspertlərimiz müxalifətin təqdim etdiyi sənədlərlə yaxından tanış olurlar və deməliyəm ki, həmin sənədlərdə bir çox maraqlı və həyata keçirilməsi mümkün olan təkliflər var. Biz də apardığımız dialoqlarda təbii ki, bu məqamları nəzərə alırdıq. Həm dəyirmi masada iştirak edən, həm də iştirak edə bilməyən siyasi qüvvələrin fikirlərini nəzərə almışıq.
- “Sərbəst toplaşma azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı vəziyyət nə yerdədir? Bu məsələ ilə də bağlı məsləhətləşmələri yekunlaşmış saymaq olarmı?
- Venesiya Komissiyasının ötən ilin dekabrında keçirilmiş sessiyasında bu qanun layihəsi ilə bağlı müsbət hesab edilə biləcək rəy çıxarılıb. Biz öz fikrimizi bildirmişik, indi isə hakimiyyət rəsmlərinin buna münasibətini gözləyirik. Biz çox ümid edirik ki, Milli Məclisə təqdim olunan layihəyə elə bir ciddi dəyişikliklər edilməyəcək.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb