Bank Of Baku

Nyu-Yorkda Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOSESSİYA

Nyu-Yorkda Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 25 fevral 2008 08:01 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, tədbir Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan-Amerika Cəmiyyətinin sədri Tomris Azəri çıxış edərək ermənilərin Xocalıda törətdiyi vəhşiliklər barədə iştirakçılara məlumat verib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilən 613 günahsız insan arasında 106 qadının, 63 uşağın və 70 yaşlı şəxsin olduğunu bildirib. Azərbaycan Amerika Cəmiyyətinin sədri qeyd edib ki, Xocalı həqiqətlərinin Amerika ictimaiyyətinə, hökumət və Konqres üzvlərinə çatdırılması vacibdir. O, bu məqsədlə Xocalı soyqırımından sağ çıxmış uşaqları ABŞ-a gətirmək niyyətində olduqlarını deyib. O, ermənilərin 1915-ci ildə törədildiyi iddia edilən qondarma “erməni soyqırımı qurbanlarını” daim Konqres üzvləri ilə görüşdürdüklərini xatırladıb. Daha sonra Amerika Azərbaycanlıları Şəbəkəsinin baş katibi Yusif Babanalı Xocalı soyqırımı ilə bağlı geniş təqdimat keçirib. “Məhv edilmiş şəhər” başlıqlı təqdimatda cənab Babanlı Ermənistanla Azərbaycan arasında olan münaqişənin xronologiyası, Dağlıq Qarabağın qədim Albaniya dövründən başlayaraq bu günə olan tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin həmin əraziyə köçürülməsi prosesinə diqqəti cəlb edib. Amerika Azərbaycanlıları Şəbəkəsinin baş katibi Sovetlər hakimiyyətinin qurulmasından sonra Zəngəzurun ermənilərə verildiyini və Dağlıq Qarabağda süni muxtariyyətin yaradıldığını Təqdimatın sonunda Azərinin ifasında çəkilmiş “Bağışlama məni Vətən” klipi nümayiş olunub. Amerika Azərbaycanlıları şəbəkəsinin icraçı direktoru Adil Bağırov isə öz çıxışında əsas diqqəti Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinə yönəldib. Natiq ABŞ-da yaşayan 2 milyona yaxın erməni arasında yalınız əlli mininin aktiv lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və türk icmalarının potensialı ölkələrimizin maraqlarına qarşı işləyən erməni diasporu ilə mübarizə aparmağa imkan verir. O, sözlərinə misal kimi isə yeni yaradılan Amerika Azərbaycanlıları Şəbəkəsinin nailiyyətlərini qeyd edib. 150-yə yaxın azərbaycanlı və türkün qatıldığı tədbirdə Türkiyənin Nyu-York şəhərindəki baş konsulunun köməkçisi Bəşər Şən, Türk Amerika İcmaları Federasiyasının rəhbəri Kaya Boztəpə, Türk Tələbələri Assosiasiyasının prezidenti Korçan Yurdacan, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Əfəndiyev və başqa şəxslər iştirak ediblər.
Tədbirin sonunda Xocalıya həsr olunan sənədli film nümayiş olunub. Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim olunan və soyqırımı əks etdirən fotoşəkillərlə tanış olublar. Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı daha bir tədbirin BMT-nin qərargahı qarşısında keçirilməsi nəzərdə tutulub.























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR