Bank Of Baku

AKP-nin növbədənkənar XXXVIII (V) qurultayı keçirilib

AKP-nin növbədənkənar XXXVIII (V) qurultayı keçirilib
# 25 fevral 2008 08:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinin növbədənkənar XXXVIII (V) qurultayı keçirilib. APA-nın məlumatına görə, fevralın 24-də keçirilən qurultayda partiyanın Mərkəzi Komitəsinin sədrliyinə Seyidağa Muradov, Hacı Hacıyev və Ələsgər Xəlilovun namizədliyi irəli sürülüb. Partiya sədrinin müavini Ələsgər Xəlilov AKP Mərkəzi Komitəsinin sədri seçilib. Qeyd edək ki, 2007-ci ilin sentyabrın 10-da partiyanın sədri vəfat etdikdən sonra qurumda parçalanma baş verib. Partiyanın bir qanadına Rauf Qurbanov, digərinə isə Rüstəm Şahsuvarov rəhbərlik edib. R. Şahsuvarovun rəhbərlik etdiyi qanadının yanvarın 26-da keçirilən Büro iclasında isə R. Şahsuvarov vəzifəsindən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR