Bank Of Baku

Beynəlxalq Ana Dili Günü münasibətilə İranın Azərbaycan əyalətlərində tədbirlər keçirilib

Beynəlxalq Ana Dili Günü münasibətilə İranın Azərbaycan əyalətlərində tədbirlər keçirilib
# 25 fevral 2008 08:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə İranın Azərbaycan əyalətlərində müxtəlif tədbirlər keçirilib. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən verilən məlumata görə, fevralın 21-də axşam saatlarında Urmiya Universitetinin tələbələri yataqxanada dəyirmi masa, Təbrizin Səhənd Universitetinin tələbələri isə fevralın 24-də ali məktəbin həyətində aksiya keçiriblər. Aksiyada “Öz dilində məktəb olmalıdır hər kəsə!”, “Ana dilində təhsil hər bir insanın ibtidai haqqıdır!”, “Azərbaycan oyaqdır, öz dilinə dayaqdır!”, “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!”, “Haray, haray, biz Türkük!”, “Ana dilimiz - Varlığımız!” və digər şüarlar səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR