Bank Of Baku

Xorvatiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Xorvatiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
# 25 fevral 2008 09:21 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Yayda Xorvatiyanın xarici işlər və Avropaya inteqrasiya naziri Qordon Jandrokoviçin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Xorvatiyanın Türkiyə və Azərbaycanda akkreditə olunmuş səfirinin müavini İqor Pelovşek məlumat verib. Onun sözlərinə görə, ilin sonlarına yaxın isə tərəflər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Xorvatiyaya səfərini təşkil etməyi planlaşdırırlar. Diplomat qeyd edib ki, bu səfərlər Azərbaycan prezidentinin Xorvatiyaya rəsmi səfərinə hazırlıq çərçivəsində həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR